!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Din adamları imtahan verəcəklər: "Dövlət Komitəsi yeni din xadimləri formalaşdırmaqdansa..." - ETİRAZ

!Reklam – Yazi

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov bildirib ki, hazırda İslam dininə aid ibadət yerlərinə və ziyarətgahlara din xadimlərinin təyin olunması prosedurunu tənzimləyəcək qaydalar üzərində iş gedir. Bu fonda din xadimi olmaq üçün imtahan verilməsi də nəzərdə tutulur.

Mövzu ilə bağlı ilahiyyatçı Elşad Miri Yenicag.az-a açıqlamasında qeyd edib ki, nəzərdə tutulan prosedur olduqca absurd yanaşmadır:

“Qafqaz Müsəlmanları İdarəsinin əlində olan bütün səlahiyyətlər Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə keçir. Belə ki, əvvəlki Bakı İslam Universiteti ləğv edildi və əvəzinə Azərbaycan İlahiyyat İnstitutu formalaşdırıldı. Bu institutu bitirən gənclər din xadimi kimi yetişirlər və nə işlə məşğul olacaqları dəqiq bilinmir. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin yeni din xadimləri formalaşdırmaqdansa, insanlara düzgün bilgi verməsi daha doğru olar. Allahın bizdən istədiyi budur. İslam ölü dini deyil, Qurani-Kərim ölülər üçün deyil. Qurani-Kərim ölü kimi gəzən insanları canlandırmaq üçün gələn bir kitabdır. İslamda din xadimi, din adamı deyilən anlayışlar yoxdur. Bu anlayışlar dindar deyilən təbəqəni idarə etmək üçün yaradılan bir mexanizmdir. Din bizim ədalətli olmağımızı istəyir”.

Gülşən Şərif

www.yenicag.az

664
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv