!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

DİN bu şəxslərə xəbərdarlıq etdi 

!Reklam – Yazi

Daxili İşlər Nazirliyi (DİN) COVİD-19 sertifikatı olmayan vətəndaşlara xəbərdarlıq edib.

Yenicag.az xəbər verir ki, DİN-in Mətbuat Xidmətinin polis leytenantı Nurlan Əliyev COVİD-19 infeksiyasının daha da geniş yayılmasının qarşısını almaq məqsədi ilə polis əməkdaşları tərəfindən bundan sonra da gücləndirilmiş nəzarət profilaktiki tədbirlərin həyata keçiriləcəyini bildirib.

“Nazirlər Kabinetinin müvafiq qərarı ilə fevral ayının 15-dən etibarən immunitet və ya əks göstəriş sertifikatı olmayan vətəndaşın sonuncu COVID-19 virusuna qarşı qəbul etdikləri peyvənddən 6 aydan artıq müddət keçibsə, onların xidmət sahələrindən idman sağlamlıq mərkəzlərinə, iri ticarət obyektlərinə, kafe, restoran, çay evləri və digər iaşə obyektlərinə girişi qadağan olunacaq”, – o vurğulayıb.

Qeyd edək ki, Nazirlər Kabinetinin müvafiq qərarı ilə fevral ayının 15-dən sonra buster doza vurdurmayan şəxslər ictiami iaşə müəssisələrinə, qapalı məkanlara, idman zallarına, şənlik mərasimlərinə buraxılmayacaqlar.

www.yenicag.az

439
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv