!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

DİN-dən Bakıda qadına qarşı zorakılıq iddiasına cavab

!Reklam – Yazi

Bakıda bazar ərazisində polisin qadına qarşı zor tətbiq etdiyini göstərən video yayılıb.

Yenicag.az xəbər verir ki, video haqqında qeyddə polisin küçədə ticarətlə məşğul olan qadını yerə yıxdığı iddia edilib.

Görüntülərlə əlaqədar Daxili İşlər Nazirliyinə sorğu ünvanladıq. Nazirliyin mətbuat xidmətinin əməkdaşı Nurlan Əliyev sorğumuza cavabında bildirib ki, videoda əks olunan qadın polis yaxınlaşarkən özünü yerə ataraq, ətrafdakıların diqqətini cəlb etməyə çalışıb:

“Hadisə “Neftçilər” metro stansiyası yaxınlığında baş verib. 1989-cü il təvəllüdlü Yevlax rayonundan olan qadın dilənçilik və tüfeyli həyat tərzi sürür. Onun barəsində sosial şəbəkələrdə məlumat xarakterli xeyli şikayət var. Dəfələrlə barəsində inzibati tənbeh tədbirləri tətbiq edilib. Əsasən üzərində internetden çıxarıb böyütdüyü, tanımadığı yataq xəstələrinin, hətta şəhidlərin fotoları ilə ictimai yerlərdə anası ilə birgə dilənçilik edir”.

www.yenicag.az

228
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv