!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

DİN-dən Lökbatanda ƏMƏLİYYAT - VİDEO

!Reklam – Yazi

Qaradağ Rayon Polis İdarəsinin 10-cu Polis Şöbəsinin əməkdaşları tərəfindən Lökbatan qəsəbəsində son bir neçə gündə narkotik maddələrin qanunsuz dövriyyəsini təşkil edən şəxslərə qarşı təxirəsalınmaz əməliyyatlar keçirilib.

Yenicag.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Tədbirlər zamanı narkotik vasitə və psixotrop maddələri əldə etmə, saxlama, daşıma, göndərmə və ya satışı ilə məşğul olan ümumilikdə 14 nəfər saxlanılıb.
Həmin şəxslərdən 3 kiloqrama yaxın narkotik vasitə heroin, marixuana, tiryək və psixotrop maddə metamfetamin aşkar edilib.

Onların hər biri barəsində Qaradağ Rayon Polis İdarəsinin İstintaq Şöbəsində araşdırmalar aparılır. Narkotiklərin qanunsuz dövriyyəsinə qarşı polis əməkdaşları tərəfindən mübarizə tədbirləri davam etdirilir.

www.yenicag.az

191
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv