!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

DİN-dən valideynlərə XƏBƏRDARLIQ: “Bu təhdidlərdən qorunmaq üçün tək bir yol var”

!Reklam – Yazi

“Oyunların hamısı psixoloji terror elementidir”.

Bunu Yenicag.az-a açıqlamasında DİN-dən valideynlərə övladlarının internet istifadəsində diqqət edilməli məqamlarla çağırışını şərh edən, həmçinin tövsiyələrini söyləyən sosioloq Elçin Bayramlı deyib.

Onun sözlərinə görə, belə bir çağırış təqdirəlayiq olsa da, 15 il gecikib.

“Son 10-15 il ərzində uşaqlar və yetkinlik yaşına çatmayanlar demək olar ki, tam sərbəst və azad olublar. Onların üzərində valideyn nəzarətinin olmadığını söyləmək belə mümkündür. Eyni zamanda, azyaşlıların müasir smartfonlarla təchiz olunduğu da mütləq vurğulanmalıdır. Sadalanan amillər yetişən gəncliyə qarşı birbaşa psixoloji təhdid yaradır. Valideyn tərəfindən nəzarətsiz qalan övladların internetdən yalnış istifadəsi gələcəkdə mənfə tendensiyaları qaçınılmaz edir”, – deyə sosioloq bildirib.

Həmçinin Elçin Bayramlı 95% valideynlərin övladlarının internetdən necə istifadə etdiyini nəzarətdə saxlamadığını da qeyd edib:

“Nəinki buna qarşı çıxılır, hətta dəstək belə verilir. 5 yaşlı uşağa telefon verilir, nəyə baxdığı, nə izlədiyilə maraqlanılmır. Nəticə olaraq cəmiyyətimizdəki mənfi halları hər kəs görür. Hazırkı vəziyyətin inzibati yolla həlli artıq mümkün deyil. Tək bir yol var, valideynlərin ağıllı olması.

Əlavə olaraq müəyyən qədər belə halların qarşısının alınması üçün məktəblər smartfonu qadağan edə bilər. Eyni zamanda, internet klublara məktəb uşaqlarının girişi qadağan edilməlidir. Çünki oradakı oyunların hamısı psixoloji terror elementidir”.

Nəsimi Ələsgərli

www.yenicag.az

198
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv