!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

DİN-dən xəbərdarlıq: "Sərnişinləri yüksək səslə çağıranlara qarşı tədbirlər görüləcək"

!Reklam – Yazi

“Sərnişinləri yüksək səslə çağıranlara qarşı tədbirlər görüləcək”.

Yenicag.az xəbər veriri ki, bunu Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin polis leytenantı Nurlan Əliyev deyib.

O bildirib ki, paytaxt ərazisində sərnişinlərin, piyadaların, həmçinin avtomobillərin maneəsiz hərəkətini təmin etmək məqsədilə polis əməkdaşları tərəfindən mütəmadi olaraq nəzarət tədbirləri həyata keçirilir: “Növbəti bu kimi tədbir Binəqədi rayonu ərazisi, Bakı Beynəlxalq Avtovağzal Kompleksinin ətrafında baş tutub. Rayonlararası sərnişin daşıma ilə məşğul olan taksi sürücüləri avtomobillərini yolun hərəkət hissəsində saxlayaraq, digər nəqliyyat vasitələrinin hərəkətinə maneə törədirdi. Tərəfimizdən keçirilən nəzarət tədbirləri nəticəsində bu kimi neqativ halların qarşısı alınıb. Sözügedən ərazidə 24 saat polis əməkdaşları xidmət göstərir”.

“Yalnız Binəqədi rayon ərazisi deyil, paytaxtın digər ərazilərində də sərnişin daşıma ilə məşğul olan sürücülər bu cür neqativ hallara yol verməməli, yolun hərəkət hissəsində avtomobillərini park etməməlidirlər. Yüksək səslə sərnişinləri cağırmaqla digər şəxslərə mane törədirlər. Bu cür neqativ halların qarşısını almaq üçün tərəfimizdən lazımi tədbirlər görüləcək”, – o vurğulayıb.

Qeyd edək ki, paytaxt ərazisində taksi fəaliyyəti ilə məşğul olan avtomobillər üçün xüsusi yerlər ayrılıb.

www.yenicag.az

892
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv