!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

DİN Yasamaldakı dava ilə bağlı məlumat yaydı - YENİLƏNDİ

!Reklam – Yazi

Avqustun 8-də saat 20:25 radələrində rayonun 1-ci Alatava küçəsində qonşular – 1969-cu il təvəllüdlü Bəhmənov Mirəli Mirəlövsət oğlunun orada yaşayan 1971-ci il təvəllüdlü Həmidov Ədalət Mirzətulla oğluna kəsici alətlə xəsarət yetirməsi barədə polisə məlumat daxil olub.

DİN-in mətbuat xidmətindən Yenicag.az-a bildirilib ki, polis əməkdaşlarının keçirdiyi tədbirlərlə cinayət əməlini törətməkdə şübhəli bilinən M.Bəhmənov saxlanılıb. Onlar arasında münaqişə şəxsi münasibətlər zəminində baş verib.

Araşdırma aparılır.

***

09.08.2023 / 23:35

Bakının Yasamal rayonunda kriminal həyat tərzi keçirən şəxslər arasında kütləvi dava baş verib.

Yenicag.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, rayonun “Alatava” adlanan ərazisində 2 qrup arasında həmin bölgədə kriminal aləmdə “vəziyyət”ə nəzarət üstündə baş verən insident zamanı 1 nəfər ağır bıçaq xəsarəti alıb.

4 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alsa da, hadisənin hüquq-mühafizə orqanlarının diqqətini cəlb etməməsi üçün onlar xəstəxanaya müraciət etməyiblər.

Hadisə ilə bağlı polisə məlumat daxil olduqdan sonra dərhal araşdırma başlanılıb.

Hazırda hadisə iştirakçıları arasında kriminal aləmdə “Vüsal Yasamal” kimi tanınan və bir neçə ay əvvəl cəzaçəkmə müəssisəsindən azad edilən şəxsin, həmçinin hadisənin digər iştirakçıları Qubadov Kamran Fəxrəddin oğlu, İbrahimov Davud Hacıağa oğlu və Mirəli adlı şəxslərin axtarışları polis əməkdaşları tərəfindən davam etdirilir.

www.yenicag.az

896
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv