!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

DİN: Yevlaxda mikroavtobusun qəzaya düşməsi nəticəsində 5 nəfər xəsarət alıb

!Reklam – Yazi

DİN Yevlaxda 5 nəfərin xəsarət alması ilə nəticələn qəza ilə bağlı məlumat yayıb.

Yenicag.az xəbər verir ki,  bu gün saat 9:00 radələrində Bakı-Qazax avtomobil yolunun Yevlax rayonu ərazisindən keçən hissəsində QAZ-53 markalı yük avtomobili ilə eyni istiqamətdə hərəkətdə olan Ford Tranzit markalı mikroavtobus toqquşub.

Toqquşma nəticəsində mikroavtobusda olan 17 sərnişindən 5 nəfər xəsarət alaraq Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib. Onlardan 3-nün vəziyyəti stabil, 2 nəfərinki isə orta-ağırdır. Mikroavtobusun sərnişinləri əsasən Aran qəsəbəsindən Yevlax şəhərinə sınaq imtahanına gedən 9-cu sinif şagirdləri olub və qəzaya uğradıqları mikroavtobus həmin şagirdlərin müəllim və valideynləri tərəfindən şifahi sövdələşmə yolu ilə sifarişi həyata keşirən nəqliyyat vasitəsi olub.

Faktla bağlı müvafiq araşdırma aparılır.

www.yenicag.az

8664
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv