!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Dini Komitə açıqlama yaydı

!Reklam – Yazi

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi yazı müsabiqəsinin qaliblərinə pul mükafatlarının köçürülmədiyi ilə bağlı yayılan məlumatlara aydınlıq gətirib.

Dövlət Komitəsindən Yenicag.az-a verilən məlumatda bu il “Dini təhlükəsizlik və media” mövzusunda jurnalistlər arasında yazı müsabiqəsinin keçirildiyi xatırlanıb.

Bildirilib ki, yazı müsabiqəsinin nəticələri iyul ayının 19-da Dövlət Komitəsinin təşkil etdiyi eyniadlı konfransda elan olunub və qaliblər mükafatlandırılıb. Belə ki, yazı müsabiqəsinin nəticələrinə görə 15 nəfər qalib müəyyən edilib.

Qaliblərin pul mükafatları onların bank hesablarına köçürülüb.

Dövlət Komitəsindən qeyd olunub ki, 15 nəfərdən 11–i artıq pul mükafatlarını alıblar. Qalan 4 nəfərin pul mükafatını ala bilməməsinin səbəbi bank hesablarında olan texniki problemdən qaynaqlanır./report/

www.yenicag.az

196
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv