!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Dini radikalizm və ekstremizmlə mübarizədə hər kəs sayıq olmalıdır” – İcma sədri

!Reklam – Yazi

Azərbaycan Respublikası müstəqilliyini əldə edəndən bəri, xəlqi-mədəni keçmişə və milli mənəvi dəyərlərə qayğı dönməz xarakterli dövlət siyasətinə çevrilmişdir.

İslam dinin sülh, əmin-amanlıq, tolerantlıq və dostluğa çağırışla bağlı prinsipləri də bu siyasətin formalaşmasına böyük təsir göstərməkdədir.Müqəddəs kitabımız Qurani-Kərimdə oxuyuruq: “Ey iman gətirənlər! Hamılıqla Allaha təslim və itaətə daxil olun “ , (Bəqərə surəsi, ayə 208) “ Əgər qarşı tərəf sülhə meyl göstərsələr səndə meyl göstər və Allah təvəkkül ed ”(Ənfal surəsi , ayə 61) , “ Həqiqətən bütün möminlər bir-birləri ilə qardaşdırlar.Buna görədə qardaşınız olan iki şəxsin arasın düzəldin (sülh yaradın) “(Hucurata sürəsi ,ayə 10) .Bu İlahi bəyanatlar bir daha sübuta yetirir ki, yuxarıda göstərilən ümumbəşəri dəyərlər hələ 1400 il əvvəl uca dinimiz tərəfindən təsbit edilmişdir.

Ulu öndər Heydər Əliyevin obyektiv və real göstərişləri üzərində qurulan multikulturalizm dünya görüşü hər bir Azərbaycan vətəndaşının daxili tələbatını ödəməkdə danılmaz bir faktor kimi böyük rol oynamaqdadır.Ulu öndərin ən layiqli davamçısı olan cənab İlham Əliyevin bilavasitə müəyyənləşdiriyi mənəvi inkişaf tendensiyası isə dövlət-din münasibətlərinə xüsusi novator istiqamət vermişdir.Beləki, son 20 ildə ölkə ərazisində yerləşən ən müxtəlif yönümlü dini qurumlar və ayrı-ayrı din xadimləri arasında tolerant münasibətlərin formalaşmasına rəvac vermişdir.

Bunula belə , heç bir vətəndaş cəmiyyəti dini radikalizmə və ekstremizə əsaslanan mənfur və dağıdıcı təsirdən siğortalanmamışdır. Azərbaycan Respublikasında yad ünsürlərin göstərdiyi dini radikalizm və ekstremiz meyilləri baxımdan istisna təşkil etmir.Beləki, savadsızlıq, yoxsulluq, cəhalət, ictima yadlaşmadan doğan və ailədə, təhsil qurumlarında , iş yerlərində təzahür edən müxtəlix psixoloji çatışmamazlıqlar və dünyaya inteqrasiya prossesinin zəifliyi kimi amillər bizim vətəndaş cəmiyyətinə də ara-sıra öz mənfi təsirini göstərir.

Radikal münasibətlər dəriləşdikdə isə cəmiyyətin məhdud təbəqələri arasında olsa belə ekstremiz meyilləri güclənir.Məsələn ektremist fəaliiyət – hakimiyyəti dəyişdirməyə və ya ələ keçirməyə, hər hansı dövlətin suveren hüquqlarını pozmağa, qanunsuz silahlı birləşmələr yaratmağa və dini-etnik nifrət zəminində təxribata əl atmağa səsləyən ideologiya və fəaliyyətləri özündə əks etdirir.Dini radikalizmin ən təhlükəli forması məhz budur.

Digər tərəfdən belə bir cəhətin də üzərindən sükutla keçmək olmaz ki, dini-siyasi motivli ekstremist və terroristlərin əsas hədəf kütləsi, inandırmağa çalışdıqları əsasən 20-40 yaşlarında, kişi cinsinə mənsub, orta savada malik, dini bilgiləri az olan yaxud heç olmayan, işsiz və ya az məvaciblə çalışan, himayəsində bir neçə nəfər olan şəxslərdir.Üçüncü bir faktor kimi isə bunu qeyd etmətmək gərəkdir ki, dini radikal və ektremist qüvvələr gənclərə daha çox sosial şəbəkələr vasitəsi ilə təsir göstərməyə can atırlar.

Bütün bunların ictimai münasibətlər sistemində öz obyektiv yerini almasından ötrü isə milli mənəvi dəyərlərin təbliği, zəngin tolerant və multikultural ənənələrimizin təşviqi,
dini maarifləndirmə, dini təhsil və gənclərin vətənpərvərlik ruhunda yetişdirilməsi və tərbiyə edilməsi qəbilli məsələləri diqqət mərkəzində saxlamaq labüddür.Ölkə rəhbərinin yürütdüyü ali səviyyəli dövlət siyasəti də məhz bunu tələb edir .Odur ki, dini və ictimai mənsubiyyətindən asılı olmayaraq hər bir ölkə vətəndaşı bu yüksək kretiyaları özünün həyat amalına çevrilməlidir.

“Höccət İbn Həsən” məscidi dini icmasının sədri Allahverən Məmmədzadə

www.yenicag.az

285
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv