!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Dini və milli TOLERANTLIQ: Azərbaycanda millətlərarası münasibətlər necə inkişaf etdirilir? - TƏHLİL

!Reklam – Yazi

Tolerantlığın tez-tez gündəmə gəlməsinin bir sıra səbəbləri mövcuddur. Dini zəmində yaranan qarşıdurmalar, dünyada geniş yayılan sosial gərginlinlik və.s. Müasir dünyada tolerantlıq yalnız xalqlar arasında münasibətlərin tənzimlənməsi funksiyasını yerinə yetirmir. Həmçinin dövlətlərin siyasi kurs kimi tətbiq etdiyi dəyərlərdən birinə çevrilib.

Azərbaycan Respublikası bir çox sahədə olduğu kimi dini tolerantlıq baxımından da dünyada yaxşı mənada seçilən ölkələrdəndir. Məhz Prezident İlham Əliyevin uğurlu siyasəti nəticəsində insanlar vicdan azadlığı üçün münbit şərait əldə edib.

Ölkəmizdə heç bir dinlə bağlı problemlər mövcud deyil. İbadət yerlərinə getmək üçün heç bir məhdudiyyət yoxdur. Dini ayinlər, bayramlar keçirmək üçün heç bir qadağa tətbiq edilməyib. Bu, yalnız İslam dininə şamil edilmir. Ölkəmiz bütün dinlərə qarşı eyni hörmət və qayğını göstərir. Sadalananlardan yəqin ki, Azərbaycanın dini, milli, irqi ayrıseçkilik məsələlərində nə qədər həssas olduğunu müşahidə edə bildiniz.

Ölkəmiz müstəqilliyini əldə etdikdən sonra cəmiyyətin bir çox sahəsində olduğu kimi, dinlə bağlı məsələlərdə də müəyyən qədər dağınıqlıq mövcud idi. Sovet rejimi ilə yaşayan, böyüyüb boya-başa çatan insanlar ölkəmiz müstəqil olduqdan sonra dini azadlıq əldə etdilər. Bu da onların ictimai yönlərini itirmələrinə səbəb oldu. Müstəqilliyini yeni bərpa etmiş ölkənin qanunlarında yaranan boşluqdan istifadə edən xarici qüvvələr müxtəlif yad inancları yaymağa başladı.

15 iyun 1993-cu ildə Ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıtdığı zaman belə ölkədə dinlə bağlı vəziyyət mürəkkəb idi. Azərbaycanı dinlə bağlı çətin situasiyadan çıxarmaq üçün yüksək təcrübəyə malik olan Heydər Əliyev Azərbaycan Respublikası Konstitusiyasında “Dini etiqad azadlığı haqqında” qanunda müəyyən dəyişikliklər etdi.

Ümummilli liderin 21 iyun 2001-ci il tarixli fərmanı ilə Azərbaycan Respublikası Konstitusiyasının 48-ci maddəsinin həyata keçirilməsi üçün müvafiq şəraitin formalaşdırılması və dini etiqad azadlığı ilə bağlı qanunvericilik aktlarının tələblərinə riayət olunmasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi yaradıldı.

Məhz Heydər Əliyevin dinlə bağlı siyasətdə uğurlu təməlinin nəticəsidir ki, bu gün Azərbaycanda dini zəmində münaqişələr yoxdur. Ümummilli liderin din sahəsindəki həyata keçirdiyi siyasi kurs Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ölkəmiz daxilində dinindən, dilindən, irqindən, cinsindən və etnik mənsubiyyətindən asılı olmayaraq hər bir vətəndaş bir-biri ilə mehriban münasibət qurur.

Heydər Əliyevin qoyduğu siyasi kursu davam etdirən prezident İlham Əliyev mütəmadi olaraq dini icma rəhbərləri ilə görüşür, onların problemləri ilə maraqlanır, qayğısını heç bir zaman əskik etmir. Ölkə ərazisində mövcud olan dini ocaqların, məscidlərin, kilsə və sinaqoqların, ziyarətgahların əsaslı təmiri ilə bağlı göstərişlər verilir, dövlət tərəfindən maddi-mənəvi yardımlar göstərilir.

Xüsusilə, 44 günlük Vətən Müharibəsindən sonra azad edilən ərazilərimizdə ermənilərin İslam dininə qarşı qəsdən hansı əməllərin törətdiyinin şahidi olduq. Ermənilərdə nəinki dini anlayış, ümumiyyətlə, mənəvi anlayış yoxdur. Tarixi abidələrin dağıdılması, məscidlərdə qəsdən İslamda haram buyurulan donuzun saxlanılması, bunlarla yanaşı, ekologiyaya əhəmiyyətli dərəcədə zərərin verilməsi insanlığa sığmayan hərəkətlərdir. Prezident İlham Əliyev beynəlxalq konfranslarda iştirakı zamanı ermənilərin Azərbaycana qarşı bütün vəhşiliklərini dünya ictimaiyyətinə faktlarla çatdırdı.
İşğaldan azad etdiyimiz ərazilərdə düşmən tərəfindən dağıdılan məscidlərin, tarixi abidələrin yenidən qurulması və fəaliyyətə verilməsi üçün dövlət tərəfindən hər il vəsait ayrılır. İnanırıq ki, yaxın perspektivdə işğaldan azad olunan Qarabağda görülən bərpa-quruculuq işləri yekunlaşacaq, ermənilərin düşüncəsizcəsinə minalar basdırdığı Qarabağ tamamilə təmizlənəcək, insanlar öz dədə-baba yurdlarına rahatlıqla gedib yaşayacaq.

Qeyd etmək lazımdır ki, respublikamızda yaşayan hər bir vətəndaş dövlət başçısının dini sahədəki uğurlu siyasətini, gördüyü işləri dəstəkləyir, təqdir edir, yüksək qiymətləndirir.

Nəsimi Ələsgərli

Material Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “Dini və milli tolerantlıq, millətlərarası münasibətlərin inkişaf etdirilməsi” mövzusunda hazırlanmışdır.

 

www.yenicag.az

817
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv