!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Diplomat olmaq istəyənlər üçün test imtahanı keçiriləcək

!Reklam – Yazi

Dövlət İmtahan Mərkəzi (DİM) Xarici İşlər Nazirliyi ilə birgə diplomatik xidmətə qəbul olunmaq istəyən namizədlər üçün test imtahanı keçirəcək.

DİM-dən Yenicag.az-a verilən məlumata görə, Xarici İşlər Nazirliyində diplomatik xidmətə qəbul üzrə test imtahanı 23 yanvar 2022-ci il tarixində keçiriləcək.

İmtahanda iştirak etmək istəyən namizədlərin qeydiyyatı Dövlət İmtahan Mərkəzinin internet portalında 23 dekabr 2021-ci il saat 10:00-dan 12 yanvar 2022-ci il saat 18:00-dək həyata keçiriləcək. Qeydiyyat xidməti göstərilən tarixlərdə aktiv olacaq.

Qeyd edək ki, DİM tərəfindən 26 dekabr 2021-ci il tarixində xidmətə qəbul olmaq istəyən namizədlər üçün sınaq imtahanı da keçiriləcək. Namizədlərin sınaq imtahanı üçün qeydiyyatı Dövlət İmtahan Mərkəzinin internet portalında 8 dekabr saat 10:00-dan 19 dekabr saat 18:00-dək həyata keçiriləcək. Sinaq imtahanı üçün qeydiyyat xidməti göstərilən tarixlərdə aktiv olacaq.

Namizədlər qəbul qaydaları və müsabiqə şərtləri ilə BURADAN tanış ola bilərlər.

www.yenicag.az

425
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv