!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Diplomatlarımız necə mühafizə edilir?: "Ehtiyatı bir an da olsun əldən vermək olmaz" - Səfir

!Reklam – Yazi

“İstənilən cinayəti üçüncü tərəf vasitəsi ilə də törətmək mümkündür”.

Yenicag.az xəbər verir ki, bunu “Report”a müsahibəsində Azərbaycanın Bosniya və Herseqovinadakı səfiri Vilayət Quliyev deyib.

Diplomatların muhafizəsindəm danışan səfir daxili təhlükəsizlik tədbirlərinə mühüm diqqət yetirirdiklərini qeyd edib:

“Bu tədbirlər bir neçə mərhələni əhatə edir. Həyət qapısı, binanın giriş qapısı, mərtəbələrin və otaqların qapısı – hamısı kodlaşdırılıb. Yeri gəlmişkən, Bosniya və Herseqovina erməni icmasının mövcud olmadığı azsaylı Avropa ölkələrindəndir. Amma aydın məsələdir ki, bu, arxayınlıq üçün əsas verməməlidir. İstənilən cinayəti üçüncü tərəf vasitəsi ilə də törətmək mümkündür. Diplomatlar, diplomatik missiyaların nümayəndələri terror aktları baxımından tez-tez hədəf seçilən şəxslər və obyektlərdir. Ona görə ehtiyatı bir an da olsun əldən vermək olmaz. Son vaxtlar Azərbaycan Xarici İşlər Nazirliyi də səfirlik və nümayəndəliklərin təhlükəsizliyinin təmin edilməsinə xüsusi diqqət yetirir”.

www.yenicag.az

262
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv