!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Diplomlular iş tapa bilmir, DİM isə qəbul planını hər il artırır

!Reklam – Yazi

2023-cü ildə ali təhsil müəssisələrinə tələbə qəbulu planı 60 000-ə yüksəldilib. BU rəqəmin gələn il 63 minə çatacağını Dövlət İmtahan Mərkəzi (DİM) indidən elan edib.

Xatırladaq ki, 2000-ci illərin əvvəlində, daha doğrusu, 2000-2001-ci illərdə ali məktəblərə qəbul planı cəmi 26 min nəfər idi. Yaxın keçmişdə, 2021-2022-ci illərdə isə 45 986 nəfər.

Say artımı orta məktəbləri bitirən şagird, məzun sayı ilə əlaqələndirilsə də, bəzi ekspertlər düşünür ki, qəbul sayında artım yalnız Azərbaycanda diplomlu işsizlərin göstəricisini artırır. Çünki iqtisadiyyatın strukturu bu qədər kadrın məşğulluğunu təmin edə bilmir. Ona görə də qəbul planının azaldılmasını təklif edənlər çoxluqdadır.

Yenicag.az xəbərt verir ki, mövzu bağlı Yenisabah.az-a danışan Əməkdar jurnalist Elçin Şıxlı açıqlamasında deyib ki, təcrübədə həmişə ət ata, otu isə itə verilir:

“Hər bir insanın təhsil alması olduqca vacibdir. Ali təhsilli olanların sayı nə qədər çox olsa, cəmiyyət üçün də bir o qədər faydalıdır. Əsl təhsilli insan ətrafındakıların savadsız olmasını istəməz. Ətrafında savadsız, bacarıqsız, əlindən bir iş gəlməyən insanların olmasını ancaq ali təhsili olmayan insanlar istəyə bilər.

Savadsız insan ona görə özünə tay axtarır ki, yanındakı savadlılar onu biabr etməsin. Qohumlar olan yerdə çətin ki, obyektivlik olsun. Kiminsə, tanışı yaxşı bir yerdə çalışırsa, o, işçi götürən zaman savadlı, diplomlu gəncləri yox, ancaq özünə yaxın olan tanışlarına üstünlük verəcək”.

Əməkdar elm xadimi, professor Şahlar Əsgərov isə açıqlamasında tələbə qəbul planının artırılmasın olduqca yüksək qiymətləndirib:

“DİM bu addımı çox sevindirici haldır. Şagirdlər nə ibtidai, nə də orta məktəbdə gələcək işi barədə planlar qurur. Ali təhsill müəssisələrinə qəbul planını iş tapa bilməmək məsələsi ilə eyniləşdirmək olmaz. Hansı tələbə ali məktəbdə yaxşı oxuyursa, fərqlənibsə, o, həyatda özünə yer tutacaq, hətta iş tapacaq. Hansı tələbə ki, iş tapmır, deməli, o, ali məktəbdə dərslərinə fikir verməyib, yaxşı oxumayıb”.

www.yenicag.az

226
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv