Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

DİQQƏT! Azəriqaz bayram günlərində bu ünvanlarda xidmət göstəriləcək

“Azəriqaz” İstehsalat Birliyi Novruz bayramındakı qeyri-iş günlərində (mart ayının 20, 21, 22, 23, 24, 25, 26 və 27-si) tam iş günü rejimində fəaliyyətini davam etdirir.

İstehsalat Birliyindən Yenicag az-a verilən məlumata görə, ayın 15-dən 19-dək Heydər Əliyev prospektində yerləşən 5 saylı “ASAN xidmət” mərkəzində bir pəncərədə göstərilən xidmətlər 2 gündür ki, dayandırılıb. Müştəri xidmətləri yalnız Birliyin Mərdəkan, Xırdalan və Sabunçu xidmət sahələrində, Gəncə, Şəmkir, Tərtər, Zaqatala, Ağsu, Lənkəran, Xaçmaz, Salyan Regional qaz istismar İdarələri, Bakı Regional qaz istismar Departamenti və Sumqayıt qaz istismar Sahəsində həyata keçirilir.

Bundan başqa, Bakı Regional Qazın Satışı Departamentinin inzibati binasında da (Nizami rayonu, Babək pr. 21/24) abonentlərə eyni xidmətlər təqdim olunur. Qarşıdakı 8 gün ərzində vətəndaşlara itirilmiş və ya zədələnmiş smart kartların bərpası, yeni qazlaşma nəticəsində quraşdırılmış smart tipli sayğacın kartının verilməsi, koda düşmüş kartların bərpası və digər zəruri xidmətlər göstəriləcək.

Loading...

www.yenicag.az

346