!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

DİQQƏT! Bakıda 9 marşrutun hərəkət istiqaməti dəyişdi

!Reklam – Yazi

Nəsimi rayonu 28 May küçəsində mövcud dəmir yolu körpüsünün sökülməsi ilə əlaqədar avtomobillərin sözügedən küçənin Yusif Səfərov və Kövkəb Səfərəliyeva küçələri arasında yerləşən hissəsi ilə hərəkəti məhdudlaşdırıldığından bəzi müntəzəm marşrut xətləri üzrə avtobusların hərəkət sxemi də dəyişdirili

Bu barədə Yenicag.az-a Bakı Nəqliyyat Agentliyindən bildirilib.

Belə ki, 1, 2, 4, 21, 30, 32, 46, 49 və 175 nömrəli marşrutların hərəkət istiqamətləri müvəqqəti dəyişdirilərək alternativ küçələrdən, yəni Üzeyir Hacıbəyov, Kövkəb Səfərəliyeva və Puşkin küçələri ilə təşkil ediləcək.

Söküntü işlərinin martın 7-dən 8-nə keçən gecədən etibarən ayın 9-u axşam saatlarına qədər aparılması nəzərdə tutulub.

www.yenicag.az

503
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv