!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

DİQQƏT! Bu hotellər cərimələnəcək

!Reklam – Yazi

Azərbaycanda mehmanxanaların (hotellərin) “Turizm haqqında” Qanununa uyğun olaraq ulduz kateqoriyası müəyyənləşdirilmədən fəaliyyət göstərilməsinə görə 2 min manatdan 5 min manata qədər cərimə tətbiq olunacaq.

Yenicag.az bildirir ki, bu, Azərbaycan Prezidentinin bu gün imzaladığı İnzibati Xətalar Məcəlləsində (İXM) dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikasının Qanununda əksini tapıb.

Qanuna görə, Məcəlləyə 428.1-ci maddə əlavə edilib.

Həmin maddəyə əsasən, sığortaçı ilə mülki məsuliyyət sığortası müqaviləsi bağlamadan turoperator və ya turagentlər tərəfindən turizm zərfinin satışının həyata keçirilməsinə görə fiziki şəxslər min manat, hüquqi şəxslər iki min manat məbləğində cərimə edilir.

Bundan əlavə, Turizm Reyestrinə daxil edilməli olan məlumatların daxil edilməməsinə və ya vaxtında daxil edilməməsinə, Turizm Reyestrindəki məlumatların yenilənməməsinə və ya vaxtında yenilənməməsinə görə üç yüz manat məbləğində cərimə tətbiq ediləcək.

Həmçinin yerləşmə vasitələrində yerləşmə xidmətindən istifadə edən şəxslərin elektron qeydiyyatının aparılmamasına görə iki yüz manat məbləğində cərimə nəzərdə tutulub.

Bir il müddətdə turizm reyestri və elektron qeydiyyatla bağlı tələblərə təkrar əməl edilmədikdə 500 manat civarında cərimə tətbiq ediləcək.

www.yenicag.az

319
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv