!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

DİQQƏT! Bu küçə və prospektlərdə tıxac var - SƏBƏBİ AÇIQLANDI

!Reklam – Yazi

Bakı Nəqliyyat Agentliyi (BNA) bu gün səhər saatlarında Bakıda müşahidə olunan tıxacın səbəblərini açıqlayıb.

BNA-dan Yenicag.az-a verilən məlumata görə, Neftçilər prospekti ilə Əziz Əliyev küçəsinin kəsişməsində Bakı Nəqliyyat Agentliyinə əvvəlcədən məlumat verilmədən dəyişiklik edilib:

“Belə ki, Ə.Əliyev küçəsindən gələn nəqliyyat vasitələrinin Neftçilər prospekti-Dəniz vağzalı istiqamətində geriyə dönmə yeri bağlanıb. “Azneft” dairəsi istiqamətində isə yol daraldılıb. Nəticədə qeyd olunan hissədə «butulka effekti» yaranıb.

Bu səbəbdən də səhər saatlarından hazırki vaxtadək Neftçilər prospekti, Z.Əliyeva, Ü.Hacıbəyov, Y.Səfər, A.Cəlillov, eləcə də digər mərkəzi küçə və prospektlərdə nəqliyyat vasitələrinin hərəkətində ciddi çətinliklər yaranıb.

Bir daha bildiririk ki, paytaxt ərazisində nəqliyyat vasitələrinin hərəkətində hər hansı bir dəyişiklik planlı və Bakı Nəqliyyat Agentliyi ilə razılaşdırılmaqla həyata keçirilməlidir. Müvafiq razılaşdırma və koordinasiyasız olunan dəyişiklik bu cür xoşagəlməz nəticələrə səbəb olur. Bu isə hərəkət iştirakçılarının, xüsusən də ictimai nəqliyyat istifadəçilərinin lüzumsuz yerə tıxacda qalaraq vaxt itirməsi deməkdir”.

***

Hazırda paytaxtın əsas küçə və prospektlərində nəqliyyat vasitələrinin hərəkətində sıxlıq müşahidə olunur.

Bu barədə Yenicag.az-a Bakı Nəqliyyat Agentliyinə (BNA) istinadən xəbər verir.

Sıxlıq olan küçə və prospektlərdə müntəzəm və ekspress xətlər üzrə avtobusların hərəkətində çətinliklər müşahidə olunur. Hərəkət intervalında gecikmələr var.

Həmin küçə və prospektlər aşağıdaklılardır:

– Heydər Əliyev prospekti şəhər istiqamətində

– Qara Qarayev prospekti “Koroğlu” istiqamətində

– Qələbə dairəsi ətrafı

– Yusif Səfərov küçəsi

– Afiyəddin Cəlilov küçəsi.

www.yenicag.az

559
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv