!Reklam
Ziraat Bank New 160×600
Koronavirus
Azersun New 160×600
Ziraat Bank New 768×90 / 320×100

DİQQƏT: Bu küçələrdə hərəkət məhdudlaşdırıldı

“Noyabrın 27-i saat 8:00-dan noyabrın 28-i saat 18:00-a kimi Bakı şəhəri, Nərimanov rayonu, Heydər Əliyev prospektində və Nəsimi rayonu, Rəşid Məmmədov küçəsində nəqliyyat vasitələrinin hərəkəti müvəqqəti olaraq məhdudlaşdırılacaq”.

Bunu Yenicag.az-a Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli bildirib.

Onun sözlərinə görə, Nərimanov rayonu, Heydər Əliyev prospektində yerləşən Bağırov tunelində hərəkət tamamilə dayandırılıb:

“Ona görə də Heydər Əliyev prospektində hərəkət yalnız üzü şəhər istiqamətində baş tutacaq. Belə ki, bu yolda hərəkət 5 saylı ASAN Xidmətin qarşısından keçməklə birbaşa Heydər Əliyev prospekti şəhər istiqaməti ilə orta zolağa yönəlib.

Həmçinin Nəsimi rayonu Əbdülvahab Salamzadə küçəsindən üzü mikrorayon və Memar Əcəmi metrostansiyası istiqamətinə gedən körpüdə də hərəkət tam məhdudlaşdırılıb. Burada sürücülər müvəqqəti olaraq, yalnız tunellə hərəkət edə bilərlər. Həmçinin əskinə getmək istəyənlər də körpüyə daxil olmadan sağ zolaqla hərəkət etsinlər.

Hazırda qeyd edilən ərazilərdə yol patrul xidməti əməkdaşları nizamlıyıcı qismində xidmət apararaq, nəqliyyatın hərəkətini istiqamətləndirir. Vətəndaşlardan xahiş edirik ki, mümkün qədər adı çəkilən küçə və prospektlərdə şəxsi avtomobillərdən istifadə etməsinlər. Əvvəlcədən hərəkət istiqamətlərini düzgün qiymətlnədirib, hərəkətlərinə davam etsinlər”.

www.yenicag.az

162
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100