!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

DİQQƏT: Kompüter istifadəçilərinə xəbərdarlıq edildi

!Reklam – Yazi

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin Kompüter İnsidentlərinə qarşı Mübarizə Mərkəzi tərəfindən kompüter istifadəçilərini təhdid edən yeni zərərvericinin yayılması kampaniyası aşkar edilib.

Bu barədə Yenicag.az-a qurumdan məlumat verilib.

Məlumata görə, kompüter istifadəçiləri arasında geniş istifadə edilən və kompüteri uzaqdan idarəetməyə imkan verən “AnyDesk” proqram təminatının adından istifadə etməklə istifadəçiləri saxta sayta yönəldən reklam kampaniyası aşkar edilib. “Google” axtarış sistemində adı çəkilən proqram təminatını axtararkən reklam olaraq birinci sırada ainydesk[.]me saytına keçidi yerləşdirilib. (Məqalənin yazılma anına həmin reklam “Google” axtarış sistemindən yığışdırılması təmin edilib).

“aniydesk[.]me” saytı istifadəçiləri aldatmaq məqsədi ilə “AnyDesk” proqram təminatının rəsmi veb səhifəsinə (anydesk.com) bənzər şəkildə hazırlanıb.

www.yenicag.az

449
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv