!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

DİQQƏT: Sabah bu rayonda qaz olmayacaq

!Reklam – Yazi

Sabah Gədəbəy rayonunun tam olaraq, Şəmkir və Tovuz rayonlarının isə bir hissəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Yenicag.az xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.

Bildirilir ki, “Qaz İxrac” İdarəsinə məxsus “Qazıməmməd-Qazax” I xətt magistral qaz kəmərində aşkar olunmuş güclü qaz sızmasının ləğvi ilə əlaqədar, oktyabrın oktyabrın 18-də saat 10:00-dan etibarən təmir işləri başa çatanadək “Yastı Meşə” ölçü qovşağından, “Sarıtəpə”, “Morul”, “Zəhmət” QTM-lərdən, “Çənlibel”, “Gədəbəy”, “Zəyəm”, “Alakol”, “Qovlar”, “Dondarquşçu” QPS-lərdən qaz təchizatının dayandırılması planlaşdırılır.

Təmir işləri görülən müddətdə Gədəbəy rayonunun tam olaraq, Şəmkir və Tovuz rayonlarının isə bir hissəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

www.yenicag.az

406
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv