!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Diqqətlər Bakıya yönəldi: OPEC+ nazirlərinin iclası keçirilir

!Reklam – Yazi

Bu gün Bakıda OPEC və qeyri-OPEC ölkələri Nazirlərin Birgə Monitorinq Komitəsinin (JMMC) 13-cü iclası keçirilir.

Yenicag.az OilGas.az-a istinadən xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyevin OPEC və qeyri-OPEC ölkələrinin tədbirlərinin Bakıda keçirilməsi təklifi ilə baş tutan iclasda 14 neft ölkəsi və OPEC Katibliyi yüksək səviyyədə təmsil olunur.

Nazirlərin Birgə Monitorinq Komitəsinin 13-cü (JMMC) iclasında OPEC-in Baş katibi Məhəmməd Barkindo ilə yanaşı, OPEC prezidenti, Venesuelanın neft naziri və Dövlət Neft Şirkətinin prezidenti Manuel Kevedo Fernandes,JMMC-nin sədri, Səudiyyə Ərəbistanının energetika, sənaye və təbii sərvətlər naziri Xalid Əbdüləziz Əl Falih iştirak edirlər.

Tədbirə həmçinin OPEC üzvləri Əlcəzair, BƏƏ, Kuveyt, İraq, Liviya, Nigeriya, Konqo, qeyri-OPEC ölkələrindən isə Rusiya, Qazaxıstan, Bəhreyn və Bruneyin nazir və yüksək səviyyəli nümayəndə heyəti qatılıb.

İclasda Azərbaycanın energetika naziri Pərviz Şahbazov, Birgə Monitorinq Komitəsinin sədri Xalid Əbdüləziz Əl Falih, OPEC prezidenti Manuel Kevedo Fernandes və OPEC-in Baş Katibi Məhəmməd Barkindonin salamlama nitqləri nəzərdə tutulub.

Sonra OPEC-in bazarın inkişaf tempinin təhlili əsasında hazırlanmış təqdimatı və Müştərək Texniki Komissiyanın fevral ayı üzrə hasilat göstəricilərindən bəhs edən hesabatı dinləniləcək.

İcasın yekunlarına dair mətbuat konfransı keçiriləcək. Tədbiri işıqlandırmaq üçün 20-dən çox xarici media orqanı və yerli KİV-in 180 nəfərə yaxın nümayəndəsi qeydiyyatdan keçib.

Qeyd edək ki, Nazirlərin Birgə Monitorinq Komitəsinin iclasından bir gün əvvəl – martın 17-də Bakıda Müştərək Texniki Komissiyasının (JTC) 27-ci iclası keçirilib.

www.yenicag.az

13736
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv