!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

DİQQƏTLİ OLUN: Oğruların sevimlisinə çevrilən cihaz - FOTO

!Reklam – Yazi

Həm işlərimizi asanlaşdırması, həm də həyatımıza bir çox yeniliklər qatması baxımından rəqəmsallaşmanın rolu danılmazdır. Lakin bəzən rəqəmsallaşma cinayət nisbətlərinə də öz təsirini göstərir. Məsələn, kiberhücumlar nəticəsində məxfi məlumatların ələ keçirilməsi, pulların qarəti və s. qeyd etmək olar.

Yenicag.az xarici mətbuata istinadən bildirir ki, qarətlərə təkan verəcək yeni cihaz – “Flipper Zero” yaradılıb. Bu alət bir çox soyğunçunun, xüsusən də avtomobil oğrularının diqqətini çəkməyi bacarıb.

Məlumatda qeyd edilib ki, qiyməti təxminən 155 avroya olan bu alət bazarada qanuni olaraq satıla bilər.

İlk öncə bu cihaz köhnə giriş nəzarətlərini qanuni surətdə kopyalamaq və bərpa etmək üçün nəzərdə tutulmuşdu. Lakin sonsuz sayda rəqəmsal sistemə daxil ola bilən kiberhücumçular bu alətdən sui-istifadə etməyə başladı. “Flipper Zero” ilə edilən klonlama ilə qaraj qıfılları açıla, hətta yeni nəsil nəqliyyat vasitələri belə rahatlıqla açıla bilər. O da qeyd edilib ki, şifrələrin unudulması zamanı da bu cihaz vasitəsilə istənilən vasitəsinə açmaq mümkündür.

Cinayət məqsədləri üçün istifadə olunmağa başladıqdan sonra ABŞ,Türkiyə və digər ölkələrdə bu cihazla bağlı ehtiyat tədbirləri görülüb.

www.yenicag.az

1156
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv