!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Dırnağını yeyənlərə XƏBƏRDARLIQ!

!Reklam – Yazi

Həm uşaqlarda, həm də böyüklərdə çox rast gəlinən dırnaq yemə fərdlərin stress səviyyəsi ilə bağlı olan, həm fiziki, həm də ruhi sağlamlığa mənfi təsir edən ciddi bir problemdir.

Bəs bu problemi necə həll etmək olar?

Yenicag.az mövzu barəsində ekspert cavabını oxuculara təqdim edir.

Həkim dırnaqların zədələnməsinə səbəb olan, insanların gündəlik həyatına mənfi təsir göstərən dırnaq yemə probleminin necə həll olunacağı ilə bağlı mühüm məlumatlar verib.

Mütəxəssis, kliniki psixoloq Xədicə bildirib ki, dırnaq yemə vərdişi həm uşaqlarda, həm də böyüklərdə çox rast gəlinən bir problemdir:

“Dırnaq yemək streslə əlaqəli əsəbi vərdişdir. Bu vərdiş əllərə və dırnaqlara zərər verir. Bəs yaxşı dırnaq yemə vərdişinin səbəbləri nələrdir?

Adətən, stress, narahatlıq, fobiya və qorxu kimi amillərlə başlayan dırnaq yemə xəstəliyinin yeniyetməlik dövründə artmasına səbəb kimi ətrafdakıların narazı olması göstərilə bilər. Bəzi uşaqlarda dırnaq yemə tamamilə valideynlərini təqlid etməklə başlaya bilər.

Dırnaq yemə vərdişindən qurtulmaq üçün edə biləcəyiniz bəzi tövsiyyələrim var:

1. Dırnaq yemə vərdişini qaynaqlandıran vəziyyətlə qarşılaşdıqda, alternativ davranış inkişaf etdirmək faydalı ola bilər. Məsələn, stresli bir vəziyyətlə qarşılaşdıqda, dərin nəfəs almaq və ya rahatlama üsullarından istifadə edilə bilər.

2. Dırnaqları qısa tutmaq. Dırnaqlarınızı qısa saxlamaq, dırnaq yeməməyi çətinləşdirə bilər.

3. Dırnaqlara dırnaq lakı sürtmək.

Nəsimi Ələsgərli

www.yenicag.az

282
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv