Reklam
Ziraat Bank New 160×600
Koronavirus
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Diş məcunu ilə siçan zəhərini səhv saldı - Əfsanənin faciəvi sonluğu

Dişlərini yanlışlıqla diş məcunu ilə deyil, siçan zəhəri ilə fırçalayan qızın həyatını xilas etmək mümkün olmayıb.

Yenicag.az lenta.ru-ya istinadən xəbər verir ki, faciəvi olay Hindistanın Mumbay şəhərində yaşayan 18 yaşlı Əfsanə Xanın başına gəlib.

Gənc qız səhər-səhər dişlərini fırçalamaq istəyərkən, səhvən diş məcunu əvəzinə siçan zəhərinin olduğu tubiki götürüb. Dişlərini fırçalayarkən səhv etdiyini anlayıb. Anasının danlağından qorxan Əfsanə bu barədə ona heç nə deməyib.

Bir qədər sonra qarnında başlayan güclü ağrılara görə onu xəstəxanaya çatdırıblar. Həkimlərin yazdığı dərmanları qəbul etsə də, 3 gün ərzində qızın ağrıları keçməyib.

O yalnız bundan sonra diş məcunu ilə siçan zəhərini sahv saldığını etiraf edib. Lakin yenidən xəstəxanaya aprılan Əfsanənin həyatını xilas etmək mümkün olmayıb.

www.yenicag.az

763
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100