!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Divarlara yazılan nalayiq ifadələrə görə CƏZA TƏDBİRİ: "Özgənin əmlakının məhv edilməsi və zədələnməsi..."

!Reklam – Yazi

“Qanunvericiliyin tələblərinə uyğun olmayan istənilən reklamın yayımı qadağandır”.

Bu fikirləri müxtəlif ticarət obyektlərin önündə yerləşdirilən reklam lövhələri ilə paytaxtın bir çox küçələrində rast gəlinən divar yazıları barədə danışan Vəkillər Kollegiyasının üzvü, hüquqşünas Roman Qaraşov Yenicag.az-a açıqlamasında deyib.

Onu sözlərinə görə, açıq məkanlarda reklam yerləşdirmək istəyən hər bir şəxs əvvəlcə Dövlət Reklam Agentliyinə müraciət etməlidir:

“Qanunvericiliyin tələblərinə uyğun olmayan reklamın yayımı qadağandır. Bu, qanunun tələbidir.

Reallıq ondan ibarətdir ki, bir çox obyekt sahibləri reklamı yerləşdirdikdən sonra məlum olur ki, həmin reklam qeydiyyatdan keçməyib. Sahibkar ya onu dəyişdirməli, ya da həmin elanı çıxarmalı olur, nəticədə ikiqat xərcə düşür.

Hazırda onlayn icazələr sistemi qurulub ki, heç bir yerə getmədən də icazə alaraq reklam yerləşdirmək mümkündür. Yəni bu sahə kifayət qədər şəffaflaşdırılıb. Əgər reklamda göstərilən fikirlərlə reallıq üst-üstə düşməsə və ya kəmiyyət, keyfiyyət problemləri yaşanar, elanlarda aldadıcı məlumatlar olarsa, bu zaman istehlakçıların hüquqları pozulmuş sayılır.

2023-cü ildə edilən dəyişikliklərə əsasən, artıq ümumi ölçüsü iki kvadratmetrdən deyil, bir kvadratmetrdən artıq olmayan lövhələr, reklam daşıyıcıları icazə alınması tələb olunan reklam hesab edilməyəcək.

Küçələrdə divarlara nalayiq ifadələr yazmaq qanunla xırda xuliqanlıq əməli hesab olunur. İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən, özgənin əmlakının məhv edilməsi və zədələnməsi müşayiət edilməzsə, belə halın törədilməsi həmin şəxsin etdiyi xuliqanlığa görə onun əlli manatdan yüz manatadək məbləğdə cərimə edilməsi, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə on beş günədək müddətə inzibati həbs verilməsi nəzərdə olunur”.

İsmayıl Bakuvi

www.yenicag.az

2261
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv