!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Divarlarında Quranın bütün surələri yazılmış UNİKAL MƏSCİD - FOTOLAR

!Reklam – Yazi

Divarlarında Quranın bütün surələri yazılmış unikal məscid görənləri heyran edir.

Yenicag.az xarici mediaya istinadla xəbər verir ki, Çinin Sian şəhərində, Şaansi əyalətində divarlarında Quranın bütün surələri yazılmış unikal məscid var. Tikinti 8-ci əsrdə Min sülaləsi tərəfindən başlamış və 14-cü əsrdə Qin sülaləsi tərəfindən tamamlanıb.

Sian Böyük Məscidi Tan sülaləsinin imperatoru Syuantsunun (712-756) dövründə tikilib. O, İslam və Çin irsinin memarlıq formasını birləşdirir.

Məscidin tikilmə tarixi 742-ci ildə Tan sülaləsinə aiddir ki, bu da məscidin içərisində daş üzərində həkk olunub. Məhz bu zaman müsəlmanlar ticarət məqsədilə Çinə gəlirdilər. Bəzi ərəb tacirləri Çində məskunlaşaraq Çin əhalisinin 90%-ni təşkil edən yerli Han qadınları ilə evlənirdilər.

Bu müsəlmanlar Çinin birləşməsində iştirak ediblər və onların xidmətlərinin tanınması üçün bir neçə məscid, o cümlədən Sian şəhərinin Böyük Məscidi tikilib.

Sian məscidinin tikintisinə dənizçi Sinbadın prototipi adlanan məşhur müsəlman dəniz səyyahı və Min sülaləsinin admiralı admiral Hacı Sinem (Çjen Xe) rəhbərlik edirdi.

Məsmə

www.yenicag.az

448
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv