!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Dizel mühərrikli avtomobillərə QADAĞA: Sürücüləri hansı aqibət gözləyir? – Ekspert rəyi

!Reklam – Yazi

“Birdən-birə heç kimin əlindən dizel mühərrikli avtomobillər alınmayacaq”.

Bunu Azərbaycanda ekoloji təmiz avtomobillərdən istifadənin təşviq edilməsi məqsədilə dizel mühərrikli avtomobillərin istismarının mərhələlərlə məhdudlaşdırılacağı məsələsini şərh edərkən nəqliyyat üzrə ekspert Elməddin Murad Yenicag.az-a açıqlamasında deyib.

O, ölkəyə gətiriləcək dizel avtomobillərin tədricən məhdudlaşdırılacağını bildirib:

“Bu, əslində, çoxdan gözlənilir. 2019-2023 illəri əhatə edən dövlət proqramında açıq şəkildə yazılıb ki, Azərbaycanda ekoloji təmiz nəqliyyat vasitələrinin tətbiqi və təşviqi, eləcə də stimulaşdırılması aparılsın. Get-gedə ətraf mühiti çirkləndirən avtotomobillərin ömrü başa çatır. Bunun üçün stimullaşdırıcı addımlar atılmaqdadır. Bir neçəsi atılıb və yaxın vaxtlarda yeni addımlar da gözlənilir. Sadəcə, proses çox ləng gedir.

Bu, bu gün dizel mühərrikli avtomobil idarə edən şəxsin bir ildən sonra maşınsız qalması demək deyil. Xeyr, belə bir şey yoxdur. Ölkədə dizellə işləyən avtomobil sürücülərinin heç bir problemi olmayacaq. Olsa da, dövlət bunun qarşılığını verməlidir.

Sadəcə, ölkəyə dizellə işləyən avtomobillərin gətirilməsi məhdudlaşdırıla bilər. Bu da indiki dövrdə mümkün deyil. Çox güman ki, dizel avtomobillərin ömrünün nə qədər olması üçün müddət qoyulacaq və maşınlar həmin vaxta qədər sürüləcək. O müddət bitəndən və eyni zamanda, həmin avtomobillərin ölkəyə gətirilməsi məhdudlaşdırılandan sonra görəcəyik ki, avtomobil parkımızda dizel mühərrikli avtomobillər qalmayıb.

Birdən-birə heç kimin əlindən dizel mühərrikli avtomobilləri alınmayacaq”.

Cəvahir

www.yenicag.az

513
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv