!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

DNK-nı kəşf edən “Nobelçi”nin titulları əlindən alındı

!Reklam – Yazi

1962-ci ildə DNK strukturunun kəşfinə görə Nobel mükafatı alan nüfuzlu alim irqçi fikirlərinin qurbanı olub.

Yenicag.az BBC-yə istinadən xəbər verir ki, amerikalı alim, Nobel mükafatçısı Ceyms Uotson irqi mənsubiyyətin intellektual səviyyəni müəyyənləşdirdiyi haqda fikirlərində israr etdiyi üçün “cəzalandırılıb”.

Qeyd edək ki, 90 yaşlı Uotson 2007-ci ildə də analoji fikirlər səsləndirmişdi. Lakin elmi ictimaiyyətin kəskin etirazından sonra dediklərinə görə üzr istəmək məcburiyyətində qalmışdı.

Ancaq daha sonra əvvəlki mövqeyini təkrarlayan Uotson hətta 1962-ci ildə aldığı Nobel mükafatının qızıl medalını da nümayişkar tərzdə satmışdı.

Uotsonun uzun müddət fəaliyyət göstərdiyi “Kold Sprinq Harbor” laboratoriyası alimin irqçi fikirlərini “əsassız və məsuliyyətsiz” adlandırıb.

Hazırda qocalar evində yaşayan Uotson isə bütün elmi titullardan məhrum edilib. O, keçirdiyi avtomobil qəzasından sonra ətrafında baş verənləri dərk etməyəcək vəziyyətə düşüb.

www.yenicag.az

2676
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv