!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Doğum günündə Həmidə Ömərovadan ETİRAF: “Onları həyatımdan qovmuşam”

!Reklam – Yazi

“Yaş üstə yaş gəldikcə ömür karvanını çəkib gedir, təbii ki, bu, insanı sevindirmir. Amma insanın istər on beş yaşı olsun, istər səksən beş, fərq etməz, arzular heç vaxt ölmür və bu arzular yaşamaq üçün həmişə insana ümid verir. Mənim də həyatımda olan o ümidlər yaşamaq həvəsimi artırır”.

Bu fikirləri doğum günü olan sevilən aktrisa, Xalq artisti Həmidə Ömərova Yenicag.az-a açıqlamasında deyib.

Həmidə Ömərova həyatından boz və qara rəngləri çıxardığını bildirib:

“Uşaqlıq, gənclik illərimdə və yaradıcılığımda həmişə əlvan və parlaq rənglər üstünlük təşkil edib. Boz və qara rənglər də olub həyatımda, amma onları həmişə qovmuşam və onlar xatirələrimin yaddaşında ən axırıncı səhifələrdə qalıb. Soruşursunuz ki, xoşbəxt aktrisa, xoşbəxt ana, yoxsa xoşbəxt qadın – bunların hansında özünüzü daha çox tapırsınız? Cavabım belədir: Birinci yerdə xoşbəxt ana, ikinci yerdə xoşbəxt aktrisa, üçüncü yerdə xoşbəxt qadın dayanır”.

Aktrisa ən böyük arzusunu da dilə gətirib:

“Seriallarda çoxlu nəvələrim var. Həmişə mənə deyirlər ki, səndən gözəl nənə çıxar. Bir övladım var və ən böyük arzum nənə olmaq, övladımın balalarını görməkdir. Elə ilk hədiyyəmi də oğlumdan aldım. O mənə robot tozsoran hədiyyə etdi və dedi ki, ana, bəsdir işlədin, bir az da istirahət elə”.

“Bu gün güzgüdə özünüz özünüzə baxıb nə deyərdiniz?” sualına xalq artistinin cavabı belə oldu:

“Deyərdim, Həmidə, çox şükür Allaha ki, bu yaşı görmək də sənə nəsib oldu”.

Cəvahir

www.yenicag.az

598
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv