Doğum günündə xalq artistinə ərindən bahalı hədiyyə – FOTO

Xalq artisti, rəqqasə Təranə Muradovanın doğum günüdür.

Təəssüratlarını Yenicag.az-la bölüşən rəqqasə həyat yoldaşından aldığı hədiyyədən də danışıb:

”Doğum günümdə ən gözəl hədiyyə sevənlərimin diqqətidir. Xarici ölkələrdən o qədər zənglər oldu, elə sözlər yazdılar ki, yaxşı mənada şok oldum. İlk hədiyyəmi isə həyat yoldaşımdan və qızımdan aldım. Yoldaşım mənə bahalı, brilyant qaşlı üzük bağışladı. Qiymətini açıqlamaq istəmirəm”.

Xalq artisti yaşlanmaqdan qorxmadığını da deyib:

“Yaşlanmaqdan qorxmuram, çünki əsas olan içindəki gözəlliyin xarici görünüşündə əks olunmasıdır. Mən yaşlı qadınlar görürəm ki, üzündə nur var. Elə xanımlara heyranam. Qəlb gözəl olanda, üzdə də nur olur”.

Cəvahir

Foto: Cəmalə

COP29