!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Doğum gününü ilk dəfə Oqtaysız qarşılayan Dilarə Əliyeva: “Mənim üçün çox ağırdır”

!Reklam – Yazi

“Doğum günlərində həyat yoldaşınızın sizə hədiyyəsi nə oldu”, – deyə soruşanda, həmişə cavabı belə olub: “Oqtayın özü elə mənim üçün ən böyük hədiyyədir”.

Elə ilk təbriki və hədiyyəni də sevgi dolu bir ömrü bərabər paylaşdığı can yoldaşından alırdı… Dilarəni deyirəm, sevilən aktrisa, aparıcı əməkdar artist Dilarə Əliyevanı.

Bu gün onun doğum günüdür. Ötən il gecə saat 12-də həyat yoldaşından ilk sürpriz təbrik və hədiyyə ilə müjdələnən aktrisanın bu il özəl günündə gözü yolda, qulağı səsdə qaldı.

Bəlkə də bu, həyatının ən ağır doğum günü olaraq yaddaşına yazılacaq. Özəl gününü qeyd etməyən Dilarə Oqtaylı xatirələri ilə baş-başa qalacaq.

Doğum günü ilə bağlı təəssüratlarını öyrənmək istəsək də, “üzrlü say, danışa bilməyəcəyəm, mənim üçün çox ağırdır”, – deyərək susdu. Qəhərdən boğuldu, dillənənsə göz yaşları oldu.

Oqtayı hər zaman yanında hiss edən sevilən aktrisanın ən böyük diləyi onun yarımçıq qalmış arzularını çin etməkdir. Bu yolda sənə güc, dözüm və uğurlar arzulayırıq.

Doğum günün mübarək əziz Dilarə!

Cəvahir

www.yenicag.az

579
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv