!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Doğuş-Xoşqədəm qalmaqalı teleaparıcıları da “VURUŞDURDU”: “Bu müzakirəni biz başlamamışıq”

!Reklam – Yazi

“Özüm heç vaxt istəmərəm ki, başqa bir kanalda mənim şəxsi həyatım müzakirə olunsun”.

Həyat yoldaşı Doğuşun Xoşqədəm Hidayətqızına xəyanəti ilə bağlı yayılan iddialar ətrafında səngiməyən müzakirələr iki aparıcı arasında “söz atışması”na səbəb olub.

Yeniçag.az xəbər verir ki, aparıcı Cavid Gül “Space” TV-nin efirində verilişinə dəvət etdiyi həmkarı Kazım Sübhana Doğuşun Xoşqədəmə xəyanəti barədə də sual ünvanlayıb.

Lakin Kazım bu mövzuda müzakirə aparılmasının əleyhinə çıxıb:

“Mən də, Xoşqədəm xanım da eyni kanalda çalışırıq, ARB-nin simalarıyıq. Mən özüm heç vaxt istəmərəm ki, başqa bir kanalda mənim şəxsi həyatım müzakirə olunsun. Özümə rəva görmədiyimi başqasına da rəva görmürəm. Ona görə də bu məsələyə şərh verməyəcəm”.

Həmkarının gözlənilməz reaksiyası Cavid Gülün xoşuna gəlməyib: “Bu müzakirəni biz başlamamışıq. Başqa bir kanal başlayıb və biz də davam etdiririk”.

Nehru

www.yenicag.az

365
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv