!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Doktoranturaya qəbul və fəlsəfə doktoru imtahanlarının nəticələri elan olundu

!Reklam – Yazi

Dövlət İmtahan Mərkəzi doktorantura və dissertantura səviyyəsində xarici dildən qəbul və fəlsəfə doktoru imtahanları, habelə əcnəbi və vətəndaşlığı olmayan iddiaçılar üçün Azərbaycan dili üzrə fəlsəfə doktoru imtahanı keçirib.

Yenicag.az xəbər verir ki, artıq imtahanların nəticələri hazırdır.

İmtahanlarda 2328 namizəd və iddiaçı (1841 nəfər doktoranturaya qəbul, 483 nəfər fəlsəfə doktoru, 4 nəfər isə Azərbaycan dili imtahanında) iştirak edib. 49 nəfər imtahana gəlməyib.

Doktorantura və dissertanturaya qəbul imtahanının nəticələrinə əsasən, 979 nəfər tələb olunan şərtləri ödəyərək fəlsəfə imtahanına buraxılıb.

150 nəfər xarici dil üzrə fəlsəfə doktoru imtahanı üçün müəyyən edilmiş şərtləri ödəyib.

3 əcnəbi iddiaçı Azərbaycan dili üzrə fəlsəfə doktoru imtahanı üçün müəyyən edilmiş şərtləri ödəyib.

Xatırladaq ki, bundan əlavə, DİM-ə xarici dil üzrə qüvvədə olan müvafiq beynəlxalq dil sertifikatını təqdim etmiş 163 nəfər namizəd xarici dil imtahanından azad olunub.

www.yenicag.az

187
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv