!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Dollar avronu “küncə sıxıb”: “Köhnə dünya”nı 400 milyard avro zərər gözləyir

!Reklam – Yazi

Avropa İttifaqının (Aİ) vahid valyutası olan avro son 1 ildə dollar qarşısında 15,41 faiz dəyər itirib.

Yenicag.az xarici mediaya istinadən xəbər verir ki, avronun ucuzlaşmasının səbəbləri kimi yüksək inflyasiyaya qarşı aşağı faiz dərəcələrinin tətbiqi, tənəzzüllə əlaqədar narahatlıqlar və Rusiya-Ukrayna müharibəsi göstərilir.

Aİ-nin Rusiyanın enerji asılılığından çıxmaq üçün atdığı addımlar da avronun ucuzlaşmasına təsir edən səbəblər sırasındadır.

Aİ Komissiyasının sədri Ursula fon der Leyen Rusiyanın enerji asılılığını azaltmaq üçün ötən ay 300 milyard avroluq investisiya planını açıqlayıb. Planda xüsusilə dövlət qurumlarında və idman sahələrində elektrik enerjisinin kəsilməsi kimi təkliflər də yer alıb. Lakin avronun ucuzlaşmasının yeganə səbəbi bu deyil.

Qlobal tənəzzüllə bağlı narahatlıqlar və qlobal inflyasiya dolları “təhlükəsiz sığınacaq” qismində xeyli gücləndirib. Dolların 6 əsas valyutaya qarşı gücünü ölçən dollar indeksi bu günə kimi 12,74 faiz artıb. O baxımdan, dolların bahalaşması bu gün də davam edə bilər.

“Deutsche Bank” isə öz hesabatında bildirib ki, dollar avro qarşısında daha da möhkəmlənərsə, o zaman Aİ-yə dəyən ziyan 400 milyard avro olacaq. Bu, daha yüksək inflyasiya həddi deməkdir.

Qeyd edək ki, Avropa Mərkəzi Bankı faiz qərarını iyulun 21-də açıqlayacaq.

Gülşən Şərif

www.yenicag.az

505
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv