!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Dollar dəyərdən düşür: "FED sistemi pul-kredit siyasətini sərtləşdirməsə,.." - Professordan AÇIQLAMA

!Reklam – Yazi

“FED sistemi pul-kredit siyasətini sərtləşdirməsə, inflyasiyanın davam edəcəyi və böyük rəqəmlərlə ifadə olunması qaçılmazdır”.

Bu sözləri ABŞ dollarının zəifləməsinə təkan verən amilləri dəyərləndirən Odlar Yurdu Universitetinin kafedra müdiri, iqtisad üzrə elmlər doktoru və professor Elşad Məmmədov Yenicag.az-a açıqlamasında deyib.

O, vurğulayıb ki, dolların dəyərdən düşməsinə səbəb olan ən başlıca amil koronavirus pandemiyası ilə mübarizə çərçivəsində baş verib:

“Dolların zəifləməsinin əsas fundamental amili son onilliklər ərzində Federal Ehtiyatlar Sistemi (FED) tərəfindən dollar kütləsinin xeyli dərəcədə artırılmasıdır. Bununla yanaşı, ABŞ-də real istehsalın kəskin şəkildə problemlərlə üzləşməsi və real sektorun daha çox Asiyada inkişaf etməsi fonunda dolların dəyərdən düşməsi müşahidə olunur. Son illər ərzində “COVID-19″ pandemiyası ilə mübarizə çərçivəsində dollar emissiyası xaotik şəkildə artıb və müxtəlif hesablamalara görə, artan dollar kütləsinin təqribən 80 faizi real sektordan, birbaşa investisiyalardan uzaq istiqamətlərə gedib. Bu vəsaitin maliyyə sektorunda cəmləşməsi dolların kəskin şəkildə devalvasiyaya getməsinə və dünya üzrə inflyasiyanın sürətlənməsinə çox ciddi təkanlar verib.

FED sistemi pul-kredit siyasətini sərtləşdirməsə, inflyasiyanın davam edəcəyi və böyük rəqəmlərlə ifadə olunması qaçılmazdır. Əgər FED sistemi pul-kredit siyasətini sərtləşdirərsə, bu, kütləvi şəkildə müflisləşməyə, borclara xidmətin çətinləşməsinə və deflyasiya şokunun yaşanmasına yol aça bilər. Çünki alıcılıq qabiliyyəti və pul kütləsinin azalması müflisləşmə prosesinin daha da genişlənməsinə səbəb olur. Son illər qiymətlər süni şəkildə stimullaşdırıldı. Bu gün proses əks istiqamətdə gedərsə, istehsalda ciddi problemlər yarana bilər. Bütün hallarda dünya iqtisadiyyatında hər iki ssenari üzrə optimist fikirlər söyləmək çətindir”.

Gülşən Şərif

www.yenicag.az

793
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv