Dollar satışına niyə limit qoyuldu? – Rəsmi açıqlama – Yenicag.Az

Reklam

Reklam

“Azərbaycan Banklar Assosiasiyası” (ABA) İctimai Birliyinin sədri Zakir Nuriyev banklarda ABŞ dollarının satışına limit qoyulmasına münasibət bildirib.

Yenicag.az xəbər verir ki, o, Report-a açıqlamasında bunları deyib: “Limitin tətbiqi ilk növbədə valyuta bazarında möhtəkirlik hallarının qarşısını almaq məqsədi daşıyır. Bəzi işbazarlar kütləvi şəkildə dolları alıb, sonra onu baha satış çıxarırlar, bazarda gərginlik yaradırlar. Yəni, hansısa siravi vətəndaş nəyə görə birdən-birə 100 min dollar almalıdır ki?

Buna görə də, dolların nağd şəkildə satışına limit qoyulub. Nağdsız satışda isə limit yoxdur. İstənilən qədər məbləği hesaba qoymaq, kartla ödəniş etmək olar. Bu tədbirlərin məqsədi həm də odur ki, nağd hesablaşmalar məhdudlaşdırılsın, nağdsız hesablaşmalar stumillaşdırılsın. Dövriyyədə şəffaflıq təmin olunsun”.

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 1432
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Reklam

Nə düşünürsən?
Bənzər Xəbərlər

    Reklam

    Reklam

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün Yenicag.Az xəbər bületeninə abunə olun."