Reklam

Reklam

DOLLAR-2-300x185Bu gün dekabrın 9-u ilə müqayisədə Azərbaycanda 1 ABŞ dollarının məzənnəsi zəifləyib.

Azərbaycan Mərkəzi Bankının (AMB) dekabrın 10-a olan rəsmi məzənnələr bülleteninə nəzər salanda məlum olur ki, ölkəmizdə dolların rəsmi məzənnəsi dekabrın 9-u ilə müqayisədə 0,0004 manat və ya 0,04% azalaraq 1,0492 manat olub. Beləliklə, dolların məzənnəsi cari ilin noyabrın 4-dən bəri ən aşağı həddə enib. Həmin gün dolların manata qarşı məzənnəsi 1,0496 manat olub.

Bivalyuta səbətinə daxil olan avronun məzənnəsinə gəlincə, Avrozonanın vahid valyutası 0,0094 manat və ya 0,82% artaraq 1,1547 manata yüksəlib. Dolların əksinə olaraq avronun məzənnəsi cari ilin noyabrın 4-dən bəri ən yuxarı həddə qalxıb. Həmin gün avronun manata qarşı məzənnəsi 1,1492 manat olub.

Manata nəzərən Rusiya rublunun məzənnəsi 0,0001 manat və ya 0,66% azalaraq 0,0151 manat səviyyəsində qərarlaşıb.

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 106
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Reklam

Nə düşünürsən?
Bənzər Xəbərlər

    Reklam

    Reklam

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün Yenicag.Az xəbər bületeninə abunə olun."