!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Donald Tramp bu açıqlaması ilə Paşinyana demək istədi ki...” – Tofiq Zülfüqarovun ŞƏRHİ

!Reklam – Yazi

“Minsk qrupu həmsədrlərinin belə bir vəziyyətdə Ermənistana dəstək vermələri mümkün deyil”.

Tofiq Zülfüqarov

Bu fikirləri Yenicag.az-a açıqlamasında ABŞ prezidenti Donald Trampın işğalçı Ermənistanın sentyabrın 27-də başladığı hərbi təxribata cavab olaraq, Azərbaycan ordusunun əks-hücum əməliyyatına başlamasına reaksiyasını dəyərləndirən keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov deyib.

Keçmiş nazirin sözlərinə görə, Trampın bu açıqlaması Ermənistan rəhbərliyinə açıq mesajdır:

“Əslində, ABŞ prezidentinin Qarabağda hərbi əməliyyatların yenidən başlamasına reaksiyasında bir sıra başqa dövlətlərin bu məsələyə münasibətini tekrarlayan məntiq var. Buna bir qədər sonra qayıdarıq.

Mən bu yerdə prezident İlham Əliyevin yerli telekanallara bir neçə gün əvvəl verdiyi müsahibədə səsləndirdiyi bir fikri xatırlatmaq istəyirəm. Prezident bildirdi ki, Azərbaycan münaqişənin dinc yolla həlli üçün danışıqlara o halda qayıda bilər ki, vasitəçilər konkret təqvimə əsaslanan sənəd təklif etsinlər.

Bu, nə deməkdir? Burada o nəzərdə tutulur ki, əldə olunacaq bütün razılaşmaların icrası üçün konkret müddət müəyyən olunmalıdır. Yəni işğalçı qoşunlar “x” gün ərzində Azərbaycan ərazilərindən çıxarılır, növbəti “x” günlər ərzində isə digər razılaşmalar ardıcıllıqla reallaşdırılır. Yəni vasitəçilər indiki halda konkret təqvimə əsaslanan təklif irəli sürsələr, o zaman danışıqların bərpa edilməsinə zəmin yarana bilər.

Digər tərəfdən, qeyd olunmalıdır ki, Rusiya Ermənistanın ifrat radikal mövqeyini qəbul etmirlər. Azərbaycan parlamentinin sədri ötən həftə Moskvada səfərdə olarkən, Rusiya XİN-in sözçüsü Mariya Zaxarova da Ermənistanın Dağlıq Qarabağa bitişik yeddi rayonun boşaldılmasının vacibliyini bildirmişdi.

Eyni zamanda, ATƏT-in Minsk qrupunun digər həmsədrləri olan ABŞ və Fransanın da mövqeyi təqribən belədir. Belə bir vəziyyətdə onların Ermənistana dəstək vermələri mümkün deyil.

Donald Trampın Qarabağda hərbi əməliyyatların yenidən başlaması haqda açıqlaması, əslində, Nikol Paşinyana mesajdır. ABŞ prezidenti Paşinyana demək istəyir ki, sənə bu nəticə barədə xəbərdarlıq etmişdik, amma dinləmədin, indi bizdən dəstək gözləmə”.

Aqil Bəkir

www.yenicag.az

19039
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv