!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Donald Tramp yenidən məhkəməlik oldu

!Reklam – Yazi

ABŞ-ın keçmiş prezidenti Donald Tramp 2016-cı il prezident seçkiləri zamanı kino ulduzuna “sus payı” ödəmək ittihamı ilə açılan cinayət işi çərçivəsində yenidən məhkəmə qarşısına çıxıb.

Yenicag.az-ın xarici mediaya istinadən məlumatına görə, Donald Tramp Floridadakı malikanəsindən videokonfrans vasitəsilə vəkilləri ilə Manhetten məhkəməsindəki ilkin dinləmədə iştirak edib.

İclasda hakim Trampa iş və sübutlarla bağlı ictimaiyyətə nə deyə biləcəyi və nəyi deyə bilməyəcəyi barədə məlumat verərək, ittiham tərəfinin işdəki sübutları vəkilləri ilə bölüşəcəyini bildirib.

Trampın 2024-cü il prezident seçkiləri kampaniyası çərçivəsində özünü ittihamlara qarşı müdafiə edə biləcəyini qeyd edən Merçan, işdəki sübutların ictimaiyyətlə paylaşılması ilə bağlı məhkəmənin müəyyən etdiyi qaydaların pozulmasının cəza ilə nəticələnə biləcəyi ilə bağlı xəbərdarlıq edib.

Hakim iş ilə bağlı dinləmələrin 25 mart 2024-cü ildə başlayacağına qərar verib və bu çərçivədə müdafiə vəsatətlərinin avqustun 29-na qədər edilməsini və prokurorların oktyabrın 10-na qədər cavab verməsini istəyib.

www.yenicag.az

230
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv