!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Donbas separatçıları ATƏT əməkdaşına 13 il həbs cəzası verdilər

!Reklam – Yazi

Ukraynanın spearatçı rejimin hakimiyyətdə olduğu Luqansk vilayətində “məhkəmə” ATƏT əməkdaşına hökm çıxarıb.

Yenicag.az pravda.com.ua-ya istinadən xəbər verir ki, ATƏT-in Luqansk vilayətində fəaliyyət göstərən əməkdaşı Dmitri Şabanov separatçı rejimin “məhkəmə”si tərəfindən 13 il müddətinə azadlıqdan məhrum edilib.

Məlumata görə, separatçılar bu ilin aprelində həbs etdikləri Şabanovu gizli məlumatları xarici kəşfiyyat xidmətlərinə ötürməkdə suçlayıblar.

Onların iddiasına əsasən, Şabanov ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) Ukraynadakı rezidenti vasitəsilə casusluğa cəlb olunaraq daha sonra həmin ölkədə xüsusi hazırlıq keçib.

Şabanova qarşı irəli sürülən ittihamların əsas motivi onun separatçı rejimin qanunsuz hərbi birliklərinin dislokasiyası və hərəkətliliyi haqda məlumat ötürməklə bağlıdır.

www.yenicag.az

386
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv