!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Donbas separatçısından Putinə XƏBƏRDARLIQ: “SSRİ-nin Finlandiyada üzləşdiyi aqibət...”

!Reklam – Yazi

“Ukraynanın hərbi komandalığı daha peşəkar hərəkət edir, nəinki Rusiyanın”.

Yenicag.az unian.net-ə istinadən xəbər verir ki, Ukraynanın Donbas regionunda separatçı hərəkatın liderlərindən biri olmuş İqor Qirkin Rusiyanın siyasi-hərbi rəhbərliyini sərt ifadələrlə tənqid və təhqir edib.

Ukraynaya hərbi təcavüz edən Rusiya ordusunun mövcud durumunu “iflas” kimi qiymətləndirən Qirkin buna görə komandanlığı günahlandıraraq, işğalçı ölkənin müdafiə naziri Sergey Şoyqunu “faner marşal” adlandırıb.

Onun sözlərinə görə, Rusiya ordu birlikləri Ukraynada zəbt etdiyi əraziləri əldə saxlamaq iqtidarında deyil.

O xəbərdarlıq edib ki, Putinin “Ukrayna avantürası” vaxtilə SSRİ-nin Finlandiyaya qarşı başladığı “Qış müharibəsi”ndə üzləşdiyi rüsvayçı aqibətinin təkrarlanması ilə nəticələnə bilər.

Qirkinin fikrincə, Ukraynanın hərbi komandalığı daha peşəkar hərəkət edir, nəinki Rusiyanın. Bu səbəbdən, Rusiya ordusunun Ukraynada vəziyyəti öz xeyrinə dəyişməsi şübhə doğurur.

www.yenicag.az

324
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv