!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Donbasa hücum üçün 20 min MUZDLU: Rusiya döyüşən terrorçulara nə qədər pul ödəyir?

!Reklam – Yazi

Rusiya əsas hədəf olaraq Donbasa hücum üçün Yaxın Şərq ölkələrindən 20 minə qədər muzdlu gətirib.

Yenicag.az xəbər verir ki, bu barədə məlumatı Ukrayna mənbələri “The Guardian” nəşrinə istinadən yayıblar.

Məlumata görə, Rusiyanın Ukraynaya qarşı döyüşlərə cəlb etdiyi muzdlular, əsasən, Suriya, Liviya və digər ölkələrdən gətirilib.

Qeyd olunur ki, Rusiya müəyyən döyüş təcrübəsinə malik muzdlulara onların hazırlığından asılı olaraq 600 – 3000 dollar ödəyir.

Nəşri məlumatlandıran mənbə Rusiyanın muzdluları cəlb etməsilə bağlı bunları deyib:

“Bu barədə onu söyləmək olar ki, həqiqətən də, Suriya, Liviya və başqa ərazilərdən Donbasın şərq hissəsinə doğru hərəkətlilik müşahidə etdik. Həmin muzdlular Ukrayna hərbçilərinin müqaviməti qarşısında “top qidası”na çevrilirlər. Onlar piyada qüvvələridir və ağır texnika, yaxud da nəqliyyat vasitələrinə malik deyillər”.

www.yenicag.az

277
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv