!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Dondurulmuş münaqişə" PERSPEKTİVİ: Ukrayna savaşı nə zaman və necə yekunlaşacaq? – NATO-nun sabiq komandanı

!Reklam – Yazi

NATO-nun Avropadakı birləşmiş qüvvələrinin keçmiş komandanı Ukrayna savaşının perspektivini dəyərləndirib.

Yenicag.az unian.net-ə istinadən xəbər verir ki, NATO-nun Avropadakı birləşmiş qüvvələrinin keçmiş komandanı Ceyms Stavridis nə Rusiyanın, nə də Ukraynanın bu savaşı altı aydan çox davam etdirmək imkanının olduğunu deyib.

Stavridisin fikrincə, bu səbəbdən müharibə daha 4-5 ay davam etdikdən sonra “dondurulmuş münaqişə” vəziyyətinə düşəcək:

“Ukraynalılar çox ciddi müqavimət göstərirlər. Eyni zamanda, Putinin hərbi planları heç də effektli olmadı. O savaşa başladığı faktik durumla müqayisədə çox az ərazi tuta bilib.

Mən belə görürəm ki, bu savaşın sonu Koreya müharibəsindəki kimi olacaq: atəşkəs, tərəflər arasında silahlandırılmış zona, düçmənçiliyin davamı və s. Yəni “dondurulmuş münaqişə”.

Bunu qarşıdakı 4-6 ay ərzində gözləmək olar. Çünki tərəflərdən heç birinin artıq altı aydan çox davam gətirmək imkanı yoxdur”.

www.yenicag.az

408
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv