!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Dönməzliyimiz, sədaqətimiz, gücümüz, birliyimiz və həmrəyliyimiz onu deməyə əsas verir ki…”

!Reklam – Yazi

11995428_1161870640495683_834859067_n“Partiyamız seçkilərə yüksək səviyyədə hazırlaşır və inanırıq ki, bu seçkilərdə qarşımıza qoyduğumuz məqsədə nail ola biləcəyik”.

Bunu Demokratik Azərbaycan Dünyası Partiyasının (DADP) sədri Fatma xanım Əliyeva seçkilərə hazıqlıqla bağlı açıqlamasında bildirib. Onun sözlərinə görə, mütəmadi olaraq partiya rəhbərliyi namizədliyini irəli sürən fəalları ilə əlaqə saxlayır:

“Bir sıra məsələlərdə, xüsusən də sənədlərin hazırlanması, səlahiyyətli nümayəndə və vəkillərin təyinatı və digər məsələlərdə onlara dəstək göstəririk. Bundan başqa partiyanın Seçki Qərargahında toplantılarımız olur, seçkiyə hazırlıqla bağlı qərargah rəhbərliyinə tövsiyyə və tapşırıqlar verilir. Müşahidəçilərimizi də artıq müəyyənləşdirmişik”, F.Əliyeva onu da əlavə edib ki, biz müstəqil şəkildə prosesdə iştirak etməyi planlaşdırmışıq. Ümummilli lider Heydər Əliyev ideyalarına sadiqlik nümayiş etdirən DADP öz gücünə inanır, partiyamız böyük nüfuza malikdir və Azərbaycan siyasi meydanda, ictimaiyyət arasında öz sözünü deyən partiyalardan biridir. Yarandığı gündən DADP Heydər Əliyev ideyalarını dəstəkləyib və bundan sonra da dəstəkləyəcək, bu bizim ali məqsədimizdir. Dönməzliyimiz, sədaqətimiz, gücümüz, birliyimiz və həmrəyliyimiz onu deməyə əsas verir ki, bu seçkilərdə seçicilərimizin səsini qazanacağıq”. Partiya sədri onu da qeyd edib ki, partiyanın rayon təşkilatları da bu seçkilərə ciddi hazırlaşıblar. Bu yaxınlarda partiyanın rayon təşkilat rəhbərlərinin geniş toplantısını da nəzərdə tutulub.

www.yenicag.az

568
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv