!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Donuz ürəyi köçürülən ikinci insan da ÖLDÜ

!Reklam – Yazi

Dünyanın ikinci donuz ürək transplantasiyası xəstəsi Lourens Fosett ABŞ-də vəfat edib.

Yenicag.az xəbər verir ki, bu barədə ABŞ-nin Merilend Universitetinin Tibb Mərkəzi bəyanat yayıb.

Xəstənin son mərhələ ürək çatışmazlığından əziyyət çəkdiyi qeyd edilir. O, donuz ürəyinin transplantasiyasına razılıq verib, bundan sonra o, təxminən altı həftə yaşayıb.

“Böyük kədər hissi ilə dünyada ikinci geni dəyişdirilmiş donuz ürəyi transplantasiyası əməliyyatı keçirmiş, terminal ürək xəstəliyi olan Hərbi Dəniz Qüvvələrinin 58 yaşlı veteranı Lourens Fosett vəfatını elan edirik”, – bəyanatda qeyd olunub.

Bundan öncəki analoji əməliyyat 2022-ci ildə də həmin tibb mərkəzində aparılıb. Donuz ürəyi köçürülən 57 yaşlı pasiyent iki aydan sonra həyatını itirib./unikal

www.yenicag.az

297
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv