Donuz ürəyini xəstəyə köçürən müsəlman cərrah kokainlə də sınağa çəkildi

Xəbər verdiyimiz kimi, ötən il ABŞ-nin Merilənd ştatının Baltimor şəhərində 57 yaşlı Devid Bennetə genetik kodu dəyişdirilmiş donuz ürəyi transplantasiya edilib.

Yenicag.az-ın məlumatına görə, əməliyyatı icra edən həkimlərdən biri müsəlman olub.

“Vice News”un mövzu ilə bağlı hazırladığı materialda həmin transplantasiyanı həyata keçirən şəxslərdən biri kimi Merilənd Universiteti Tibb Mərkəzinin Ksenotransplantasiya şöbəsinin müdiri Məhəmməd Mohiuddin göstərilib.

Əməliyyatın icra prosesi haqqında media quruluşuna danışan Mohiuddin qeyd edib ki, prosesin uğurlu alınmasının əsas səbəbi kokain olub.

Belə ki, genetik kodu dəyişdirilmiş donuz ürəyinin transplantasiyaya qədər pozulmaması üçün kokainli məhlulda saxlanılıb və onun təzəliyi qorunub.

Müsəlman olan doktor Mohiuddin İslam baxımından donuzun haram qılındığını, lakin başqa heyvanların üzərində aparılan təcrübələrin nəticəsiz qaldığını bildirib.

“Ailəm buna reaksiya verdi. “Niyə bu heyvandan istifadə edirsən?”, – dedilər. Atam, “Ən azından başqa bir heyvan istifadə etməyi təcrübədən keçirə bilərsən?” – deyə soruşurdu”, – deyə Məhəmməd Mohiuddin qeyd edib.

COP29