!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Dörd kənd Azərbaycanın nəzarətində: "Sülh müqaviləsi bağlana bilər, ancaq demarkasiya məsələsi..."

!Reklam – Yazi
  1. “Ermənistan əhalisi kilsənin yanında kimlərin olduğunu bildiyi üçün onların da bu ayağa qalxması fiaskoya uğradı”.

Bu fikirləri 4 kəndin Azərbaycanın nəzarətinə keçməsi və bundan sonrakı prosesin hansı yöndə inkişaf edəcəyini dəyərləndirən hərbi ekspert Tərlan Eyvazov Yenicag.az-a açıqlamasında səsləndirib.

Tərlan Eyvazov bildirib ki, növbəti mərhələdə digər 4 kəndin qaytarılması müzakirələri başlayacaq:

“Aparılan siyasət onu göstərir ki, bundan sonra dəqiqləşmə prosesi gedəcək və Azərbaycan tərəfi qalan 4 kəndin qaytarılmasını da istəyəcək. O prosesin belə tez, rəvan gedəcəyini düşünmürəm. Çünki bu məsələdən istifadə edən revanşistlər növbəti dəfə Paşinyana qarşı hərəkətə keçdilər. Əvvəl siyasətçilər, müxalif qruplar Paşinyana qarşı çıxırdılarsa, artıq kilsə də işə qarışıb. Ermənistan əhalisi kilsənin yanında kimlərin olduğunu bildiyi üçün onların da bu ayağa qalxması fiaskoya uğradı.

Sovet dövrünün xəritələri ilə hərəkət edilirsə, ona uyğun da torpaqlar geri qaytarılacaq. Azərbaycan tərəfi də dəqiqləşdirmələr aparacaq və Ermənistana aid yerlər olacaqsa, onlar da veriləcək. Ancaq düşünmürəm ki, hansısa yaşayış məntəqəsi Ermənistana verilsin.

Əsas odur ki, ilk addım atılıb və üçüncü tərəfin iştirakı olmadan bu proses baş tutub. Demarkasiya işləri 30-50 il də çəkə bilər. Ancaq bunun sülh müqaviləsinin bağlanmasına təsiri yoxdur. Sülh müqaviləsi bağlana bilər, ancaq demarkasiya məsələsi uzun illər çəkə bilər”.

Səxavət Məmməd

www.yenicag.az

485
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv