!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Dostluq”- Udmurtiya Azərbaycan İctimai Mərkəzinin 25 illik yubileyi keçirildi - FOTOLAR

!Reklam – Yazi

Oktyabrın 21-də Xalqlar Dostluğu Evində “Dostluq”- Udmurtiya Azərbaycan İctimai Mərkəzi regional ictimai təşkilatının 25 illik yubileyi münasibətilə təntənəli mərasim keçirilib.

Yenicag.az xəbər verir ki, tədbirdə Azərbaycan Respublikasından olan nümayəndə heyəti – Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin şöbə müdirinin müavini Əli Baytalov, Azərbaycan Milli Qeyri-Hökumət Təşkilatları Forumunun (MQF) prezidenti, Avrasiya Xalqları Assambleyası Baş katibinin müavini Rauf Zeyni, Azərbaycanın Rus İcmasının sədr müavini Anastasiya Lavrina, Beynəlxalq Avrasiya Mətbuat Fondunun prezidenti Umud Mirzəyev, Rusiya Federasiyası Federal Məclisi Dövlət Dumasının deputatı Oleq Qarin, Udmurtiya Respublikasının Milli Siyasət Naziri Eduard Petrov Stepanoviç , İjevsk şəhəri bələdiyyə rəhbəri Dmitri Çistyakov, “Batkovşina UR-da Belarus Mədəniyyəti Cəmiyyəti” Respublika ictimai təşkilatının sədri Nikolay Dmitreviç, Moskva Tatarıstan Respublikası və Orenburq vilayətinin azərbaycanlı icmalarının nümayəndələri və digər dövlət rəsmiləri iştirak ediblər. Eyni zamanda Udmurtiya Respublikanın dövlət və bələdiyyə orqanlarının nümayəndələri, diasporların nümayəndələri iştirak ediblər. Bundan başqa tədbirdə Moskva, Kirov, Orenburq, Perm vilayətlərinin, Naberejnıye Çelnı şəhərinin diasporlarının nümayəndələri, həmçinin Udmurtiya Respublikasının milli-mədəni birliklərinin rəhbərləri və digər fəxri qonaqlar təbrik nitqləri ilə çıxış ediblər.

Udmurtiyanın “Dostluq” Azərbaycan ictimai mərkəzinin sədri Zülfiqar Mirzəyev acılş nitqi ilə cıxış edib.

O, bildirib ki, təşkilatın sədri seçildiyi andan millətlərarası münasibətlərin möhkəmlənməsinə həsr olunan 150-dən çox tədbir keçirilib, diasporanın nümayəndələri respublikanın ictimai həyatında layiqli yer tutur və Udmurtiyanın inkişafına mühüm töhfələr verir.

Daha sonra təşkilatın 25 illik fəaliyyəti ilə bağlı sənədli film nümayiş olunub.

Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin şöbə müdirinin müavini Əli Baytalov çıxışı zamanı gələcəkdə daha geniş, uğurlu işlərin, layihələrin həyata keçirilməsini arzulayıb. O, həmçinin gənclərdən, onların həyatda aktiv olmaları barədə fikirlər səsləndirib.

Təşkilatın rəhbəri Zülfüqar Mirzəyev “Diaspor fəaliyyətində xidmətə görə” Azərbaycan Respublikasının medalı ilə təltif edilib.

Həmçinin təşkilatın fəal üzvləri və diaspora nümayəndələri Udmurtiya Respublikasında millətlərarası münasibətlərin möhkəmlənməsinə mühüm töhfələrə görə yüksək mükafatlarla təltif olunublar.
Bayram tədbirində Samara şəhərinin “Alpan” ansamblının ifasında Azərbaycan xalq melodiyaları səsləndirilib. Daha sonra məşhur “Buranovskie babuşki” folklor qrupu və respublikanın digər xalq kollektivləri və incəsənət ustaları çıxış ediblər.

Tədbir çərçivəsində həmçinin Xalqlar Dostluğu Evində Udmurtiya Respublikası azərbaycanlılarının “Dostluq” ictimai təşkilatının təşkilatçılığı ilə Azərbaycan xalqının görkəmli lideri Heydər Əliyevin anadan olmasının yüzilliyinə həsr olunan dəyirmi masa da təşkil olunub.

Üç günlük səfər zamanı nümayəndə heyəti Udmurtiya Respublikasının Milli Siyasət Naziri Eduard Petrov Stepanoviç,Rus Mədəniyyəti Cəmiyyətinin sədri Vitali Eduardoviç Tyulpin, həmçinin Rusiya Xarici İşlər Nazirliyinin Nijni Novqoroddakı Nümayəndəliyinin İjevsk bölməsinin rəhbəri Gülnarə Mannanova və Əmək Resurslarının İnkişafı Departamenti, Udmurtiya Respublikası Sosial Siyasət və Əmək Nazirliyinin Miqrasiya və Əhalinin Məşğulluğunun rəis müavini Tatyana Rupasova ilə görüşüblər.

Daha sonra nümayəndə heyəti İjevsk şəhərindəki Ustinovski polis idarəsinin divarında ucaldılmış əfsanəvi rayon polis zabiti Tofiq Kərimovun xatirə lövhəsinin önünə əkililər qoyublar. Bundan başqa nümayəndələr Xalqlar Dostluğu Evinin çoxşaxəli fəaliyyəti ilə tanış olub, M.T. Kalaşnikov adına Muzey-Sərgi Kompleksini ziyarət ediblər.

Qeyd edək ki, Rusiya Federasiyası Udmurtiya Muxtar Respublikasının İjevsk şəhərində fəaliyyət göstərən “Dostluq” – Udmurtiya Azərbaycan İctimai Mərkəzi regional ictimai təşkilat 1998-ci ildə yaranıb. Təşkilat Udmurtiya Respublikasında yaşayan 15 mindən çox azərbaycanlını özundə birləşdirir. Mərkəzə 2014-cü ildən Zülfüqar Mirzəyev sədrlik edir.

 

www.yenicag.az

190
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv