!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

“Dostluq, yoldaşlıq naminə teatrı heç nəyə qurban vermək olmaz” - Tanınmış rejissor

!Reklam – Yazi

“Dostluq, yoldaşlıq naminə 21-ci əsrin Azərbaycan teatrını heç nəyə qurban vermək olmaz”.

Bunu 10 Mart Milli Teatr Günü ilə bağlı təəssüratlarını bölüşərkən tanınmış rejissor Bəhram Osmanov Yenicag.az-a açıqlamasında deyib.

Rejissor milli teatrın bugünkü durumundan danışıb:

“Hər dövrün özünün teatrı var. Teatrla daim qayğı və diqqətə ehtiyacı olan bir sənət növüdür. Sənət adamlarına onu tövsiyə edərdim ki, bir-birlərinə qarşı diqqətli davransınlar, hörmət eməyi bacarsınlar. Çünki biz teatr adamları bir-birimizə hörmət etməyi bacarmasaq, ətrafdakılar da hörmət etməyəcək. Təssüflər olsun ki, aramızda belə adamlar var.

Teatrı biz yaratmamışıq, 2500 il əvvəl yaranan sənət növünün dövrümüzə daşıyıcılarıyıq. Bu daşıyıcılar bizdən sonra da davam edəcək.

Yaxşı tamaşaların həmişə tamaşaçısı var. Sadəcə olaraq, bu gün bir qədər başqa cür işləmək lazımdır. Sosial şəbəkələrlə, tamaşaçılarla, media ilə birgə çalışmaq lazımdır. Hazırlanan tamaşaların konkret ünvanı olmalıdır. Ünvansız tamaşa hazırlamaq olmaz”.

“Bu gün internet teatrı üstələyirmi?” sualına rejissorun cavabı belə olub:

“Mən buna inanmıram. Sosial şəbəkələrdə yalnız informasiya var. Teatr mənəviyyat məkanıdır, katarsis yeridir. Tamaşa 2-3 saat qəlbə, sonradan düşüncəyə, beyinə təsir edir və təmizlənirsən. Sonra yenə öz həyatını yaşayırsan. Teatr tərbiyə yeri deyil, olanlara və olacaqlara həyəcan təbili çalan bir məbəddir. Teatr adamları kövrək insanlardır, onları qorumaq və mükəmməl strukturda işləməyi bacarmaq lazımdır. Dostluq, yoldaşlıq naminə 21-ci əsrin Azərbaycan teatrını heç nəyə qurban vermək olmaz. Çətinliklər çoxdur, amma bunlar teatrın daxilində olan prolemlərdir. Bunları çözmək cəmiyyətin deyil, həmin adamların gücündədir”.

Cəvahir

www.yenicag.az

418
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv